Siyasət

Əli Həsənov: ”Məni niyə tutsunlar ki…”

Dünən bir sıra KİV-lərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılması barədə xəbər yayılmışdı. Lakin Əli Həsənovun oğlu Şamxal Həsənli bu məlumatı təkzib edərək atasının Avstriyaya müalicəyə getdiyini söylədi.

“Atam bir neçə dəfə ürəyindən əməliyyat olunub. Buna görə də ildə bir neçə dəfə müayinə üçün Avstriyaya gedir. Dekabrın 25-də atam müayinə üçün yenidən ora uçdu. Səhhəti ilə bağlı şər şey yaxşıdır. Dekabrın 29-da Bakıya qayıdacaq”, – deyə Ş.Həsənli açıqlama verdi.

Savash.org bildirir ki, çox keçmədən Əli Həsənovun özü də şayiələrə reaksiya verib.

“Məni niyə saxlasınlar? Nə üçün? Buna inanırsınız? Mən 25 il ölkədə aparıcı insan olmuşam, siyasi münasibətlərin içərisində olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və müayinədən keçirəm”, – deyə Əli Həsənov vurğulayıb və əlavə edib ki, Yeni il öncəsi Bakıya qayıdacaq.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button