Siyasət

Ərdoğan Trampın təhqiredici məktubunu özünə qaytardı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın məlum təhqiredici məktubunu özünə qaytarıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə lideri bunu Vaşinqtondakı danışıqlar zamanı etdiyini söyləyib.

Ərdoğan həmin məktubu Trampa birgə mətbuat konfransında qaytarıb: “Məktubları bu gün yenidən Trampa qaytardım. Fərhad Abdi Şahin kimi terrorçunun Amerika kimi ölkənin Prezidenti tərəfindən ciddiyə alınmasına təəssüf edirəm. Mərkəzi Kəşfiyyat İdarəsi onun terrorçu olduğunu sübuta yetirib. FETÖ lideri Fətullah Gülən də bizə verilməlidir”.

Xatırladaq ki, oktyabrın 16-da D.Tramp türkiyəli həmkarı R.T.Ərdoğana sərt ifadələrlə dolu məktub göndərmişdi. O, məktubunda rəsmi Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button