Siyasət

ABŞ səfiri Əli Kərimli ilə görüşüb

Aprelin 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sәdri Әli Kәrimli və ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger görüşüb.

AXCP-nin mətbuat xidmətinin məlumatına görə, görüşdә Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanda insan haqları və demokratikləşmə sahəsindəki problemlər, siyasi məhbus problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr və başqa vacib məsələlər müzakirə olunub.

Görüşün detalları barədə məlumat verilmir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi görüşlə bağlı hələ məlumat yaymayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu il martın 7-də ölkəyə gəlib. Bu ABŞ səfrinin müxalifət lideri ilə ilk görüşüdür.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button