Siyasət

ABŞ türk nazirlərinə qarşı sanksiya tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi Türkiyənin Milli Müdafiə Nazirliyi və Energetika Nazirliyinə, habelə bu idarələrin rəhbərlərinə qarşı sanksiya tətbiq edib.

Virtualaz.org bildirir ki, sanksiyalar siyahısına Müdafiə naziri, Türkiyə Baş Qərargahının sabiq rəisi Hulusi Akar, Energetika naziri Fatih Donmez və hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu da daxil edilib.

Sanksiyalar Suriyadakı vəziyyətlə əlaqədar tətbiq edilib.

Yeri gəlmişkən, bundan əvvəl ABŞ Prezidenti Donald TrampTürkiyəyə qarşı tətbiq edəcəyi sanksiyaları açıqlayarkən demişdi: “Palıda tətbiq edilən gömrük vergisi 50%-ə qalxacaq. Türkiyə ilə 100 milyard dollarlıq ticarət müqaviləsini nəzərdə tutan müzakirələrə son qoyacağıq. Bu yaxınlarda isə Türkiyənin hazırkı hökumət rəsmilərinə və keçmiş məsul şəxslərə sanksiya qoyulmasını nəzərdə tutan qərarnaməni elan edəcəyəm. Bu qərarnamə ilə iqtisadi məhdudiyyətlər, mal varlığına əl qoyma və ABŞ-a giriş qadağası kimi müxtəlif sanskiyalar tətbiq olunacaq”.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button