Problem

Ağdaşda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb – YENİLƏNİB-2 – FOTO

Ağdaşda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb – YENİLƏNİB-2 – FOTO – VİDEO
Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə ötən gecə saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisində “Mersedes” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Ağdaş rayon sakinləri 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, 2008-ci il Əhmədova Rahilə Teymur qızı, 1984-cü il təvəllüdlü Əhmədov Teymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Saat 09:45Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Mercedes” markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button