Uncategorized

“Azərbaycanlı qaçqınların Xankəndinə qayıtması müzakirə mövzusu deyil” – Poğosyan

Azərbaycanlı qaçqınların Stepanakertə (Xankəndi – red.) bitişik yaşayış məntəqələrinə qayıtması müzakirə mövzusu deyil”.

Savash.org bildirir ki, bu sözləri qondarma Dağlıq Qarabağ rejimi “rəhbərinin” “mətbuat katibi” Vaqram Poğosyan deyib.

“Azərbaycanlıların Krkcan (Kərkicahan – red.) və digər bölgələrə mümkün köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Orada artıq erməni əhali üçün tikinti və abadlıq işləri aparılır. Sözügedən ərazilərdə kanalizasiya şəbəkəsinin qurulmasına və müharibə nəticəsində zədələnmiş evlərin damlarının təmir edilməsinə başlanıb”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Media və Kommunikasiya şöbəsinin müdiri Əhməd Mahmudov “Qazet.az”-a açıqlamasında bildirib ki, “DQR”in belə bir açıqlama verməyə haqqı yoxdur:

“Dağlıq Qarabağ Respublikası deyə bir anlayış yoxdur. Ermənistan rəsmiləri bu barədə hansısa açıqlama versəydi, biz buna münasibət bildirərdik. “DQR” kimdir ki, bu məsələ ilə bağlı açıqlama verir?”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button