Cəmiyyət

Bakıda restoranda toy məclisi keçirənlər aşkarlandı

Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

“Report”un əldə etdiyi məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.

Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.

 


Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button