Siyasət

Bakıda siyasi partiyalar bir arada gəldi

Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda ”dəyirmi masa” keçirilir.

Savash.org-un məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasını (YAP) partiyanın sədr müavini – icra katibi Əli Əhmədov təmsil edir.

“Dəyirmi masa”da Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, AĞ Partiyanın sədri Tural Abbaslı, digər partiya sədrləri, siyasi ekspertlər, QHT rəhbərləri, media nümayəndələri iştirak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, ”dəyirmi masa”ya qatılmayıblar.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button