Uncategorized

Baş Qərargah rəisi Paşinyanın tənqidinə söyüşlə cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyində keçirdiyi görüşdə qalmaqal yaşanıb. 
Qaynarinfo erməni mediasına istinadla xəbər verir ki, görüş zamanı Paşinyan ordunun rəhbərliyi barədə tənqidi fikirlər səsləndirib. Baş nazir Qarabağ savaşındakı məğlubiyyəti silahlı qüvvələrin zabit heyətinin yarıtmaz fəaliyyəti ilə izah edib. 
Paşinyanın tənqidləri Baş Qərargah rəisi Onik Qasparyanın hiddətinə səbəb olub. O Baş nazirin tənqidlərinə söyüşlə cavab verib və qapını çırparaq otaqdan çıxıb. Görüşdə iştirak edənlərdən bir neçəsi ardınca gedərək Baş Qərargah rəisini geri qaytara bilib. 
Qasparyan otağa qayıdanda artıq Müdafiə naziri Vaqarşak Arutyunyan çıxış edirmiş. O, Baş Qərargah rəisinin davranışını nəzərdə tutaraq bu cür hərəkət edənlərin cəzalandırılacağını bildirib. Erməni mediası yazır ki, nazir bununla Paşinyana situasiyanı idarə etdiyini göstərmək istəyirmiş. Lakin həmin vaxt görüşdə iştirak edən yüksək rütbəli zabitlər ona izah ediblər ki, heç nəyi həll edən fiqur olmadığına görə yerində sakit otursa yaxşıdır. 
Mübahisə o həddə çatıb ki, Paşinyan müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. 
Erməni mediasının xəbərinə görə, Ermənistan ordusunu silahla təchiz edən David Qalstyan barədə cinayət işinin başlanması bu qalmaqaldan dərhal sonraya təsadüf edir. 
Bildirilir ki, bu cinayət işindən perspektivdə Ermənistan Müdafiə Nazirliyindəki yüksək vəzifəlilələrə qarşı da istifadə edilə bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button