Dünya

Çin şirkəti Pentaqonu məhkəməyə verdi

Çinin populyar smartfon istehsalçısı “Xiaomi” ABŞ-ın müdafiə və maliyyə nazirliklərini məhkəməyə verib.

“Kommersant” xəbər verir ki, müvafiq sənəd Kolumbiya dairəsi məhkəməsinə təqdim olunub.

“Xiaomi” öz adının Çin hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərin siyahısına salınmasına etiraz edir. Şirkət nümayəndələri bu işdə müdafiə naziri Lloyd Ostin və maliyyə naziri Canet Yelleni cavabdeh şəxs hesab edirlər.

“Xiaomi” məhkəməyə müraciətində ABŞ hökumətinin qərarını qeyri-konstruktiv adlandırıb və bu qərarın şirkətə külli miqdarda zərər vuracağını bildirib. Həmçinin şirkət Çin hərbçilərilə hər hansı bir əlaqəsini də inkar edib.  

Qeyd edək ki, əgər “Xiaomi”nin müraciəti rədd edilərsə, amerikalı investorlar onun səhmlərini təcili surətdə satışa çıxarmalı olacaqlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button