Cəmiyyət

Diqqət: 65 yaşdan yuxarı şəxslər üçün vaksinasiya başlayır

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

Savash.org xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib

Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button