Siyasət

Ermənistanda siyasi böhran kəskinləşdi: Paşinyan İrəvana ordu yeridir

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanla  əlaqə saxlayaraq qoşunları İrəvana yeritmək üçün hazır vəziyyətdə saxlamağı tapşırıb.

Savash.org xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.

Məlumatda qeyd edilir ki, Qasparyan Paşinyandan qoşunların hansı məqsədlə İrəvana yeridilməsini soruşduqda, Baş nazir bunun strateji obyektləri mühafizə etmək üçün önləyici tədbir olduğunu bildirib. Baş qərargah rəisi isə Paşinyanın diqqətinə çatdırıb ki, o vəzifəsində olduğu müddətdə ordunun daxili siyasi proseslərdə alət olmasına imkan verməyəcək və qoşunlar İrəvana gətirilməyəcək.

Qəzet yazır ki, bundan sonra Qasparyan  Müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə saxlayıb və Paşinyanla aralarında olan dialoqu onun diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, Baş nazir ona da eyni təlimat verərsə, rədd cavabı alacaq. Arutyunyan həmçinin qeyd edib ki, bu barədə Paşinyanla danışacaq.

Erməni mediasının yazdığından belə anlaşılır ki, ölkədə siyasi böhranın getdikcə kəskinləşdiyini görən Nikol Paşinyan ordunu proseslərə cəlb etmək istəyir.

Paşinyan hakimiyyətə gəldikdən sonra həbs edilən Ermənistanın ikinci prezidenti Robert Köçəryana irəli sürülün ciddi ittihamlardan biri də daxili siyasi prosesləri idarə etmək üçün ordudan istifadə etməsidir.

Bu baxımdan, Paşinyanın özünün oxşar addım atmaq cəhdi onu əleyhinə işləməyə başlayıb.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button