Problem

Hindistanda buzlağın əriməsi ilə baş verən daşqın nəticəsində 100-150 nəfər ölüb

KİV: Hindistanda buzlağın əriməsi ilə baş verən daşqın nəticəsində 100-150 nəfər ölüb
;Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı ilkin ehtimala görə, təxminən 100-150 nəfər ölüb. xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.Məlumata görə, hadisə ölkənin şimalındakı Uttarkhand ştatında baş verib. İtkin düşənlərin əksəriyyəti “Rişiqanqa” hidroelektrik stansiyasının fəhlələridir. Əraziyə Hind-Tibet sərhəd polisinin iki qrupu və Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Milli Qüvvələrin 3 qrupu cəlb edilib.Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanqanın çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.Daha əvvəl ANI agentliyi buzlağın əriyərək enişindən sonra Dxauliqanq çayında suyun səviyyəsinin qalxması barədə məlumat yayıb. Hadisə zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib.

Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button