Cəmiyyət

Hindistanda buzlağın sürüşməsi nəticəsində 150-dən çox insan itkin düşüb

Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşmüş hesab edilir.

TİA.AZ xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

İtkin düşənlərin çoxu təbii fəlakətin əsas zərbəsinə tuş gələn “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.

Telekanalın məlumatına görə, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub. Hakimiyyət orqanları həmin ərazilərdə çalışan fəhlələrin həyatı üçün yaranmış təhlükədən ehtiyatlanır.

Daşqınla əlaqədar su elektrik stansiyalarından aşağıda yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanılıb.

Hadisənin baş verdiyi əraziyə polislər və xilasedici dəstələr göndərilib.


Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button