Skandal Araşdırma

Hökumətdən insafsız addım: su benzin qiymətinə… – Xalqdan etirazlar

Tarif Şurası bu günə kimi tariflərin aşağı salınması barədə qərar verməyib. Bu yarıtmaz, antixalq qurumun fəaliyyəti yalnız bahalaşmaya fokuslanıb.
Tarif Şurası həmişə də ya gecə saatlarında, ya da qeyri-iş günlərində qiymət artımına gedir. Belə bir mürtəce təşkilat xalqın nifrətini qazanmaqdan başqa bir işə yaramayıb.
Reportyor.info xəbər verir ki, qurumun növbəti yaramaz addımı yanvarın son günündə suyun qiymətini bahalaşdırması oldu.
Dünənə qədər suyun hər kubuna 50 qəpik ödəməli olan abonentlər fevralın 1-dən 70 qəpik verəcəklər. Bu məbləğə kanalizasiya pulunu da əlavə etsək, artım 1 manatdır.
Pandemiya dövründə, müharibədən yeni çıxmış ölkədə yanacağın qiymətinin artırılmasının ardınca suyun da bahalaşdırılması ard-arda xalqa zərbədir, əhalinin sosial şəraitini ağırlaşdırmaqdır.
Hökumət pandemiya səbəbindən əhalinin vəziyyətinin pisləşməsini nəzərə almayaraq, ardıcıl bahalaşmaya getməkdədir.
Bu artım şübhəsiz ki, qaz, işıq, o cümlədən ictimai nəqliyyatda gediş haqqı və digər xərclərə də təsir edəcək. Hökumətin yarıtmaz məmurları məntiqsiz qərarlarla xalqı getdikcə yoxsullaşdırır.
İndi də suyun pulunun qalxması ilə cəmiyyətdə gərginlik artırılır. “Azərsu” ASC-nin və onun sədri Qorxmaz Hüseynovun Tarif Şurasına müraciətini geri çevirməyən, müsbət cavablandırıb xalqın əleyhinə qərar verən qurum bununla Prezidentə hansı sosial təxribatı hazırladığını hesablamır.


Müharibədən qalib çıxan dövlətdə qələbəyə kölgə salanlar məhz elə hakimiyyətdə təmsi olunan məmur kontingentidir.
Ümumən ölkədə məmur idarəçiliyi sıfır səviyyədədir. Xalq-məmur ünsiyyəti, xalq-məmur anlaşması yoxdur.
Qaz sayğaclarını kefləri istəyən kimi kartdan mexanikiyə, mexanikidən karta dəyişirlər, ara yerdə büdcə talanır.
Yanacağı bahalaşdırdılar, ardınca da suyu bahalaşdırdılar. Ara yerdə talanan, cibi soyulan xalqdır.
Ölkə rəhbərliyinə verilən təqdimatı məmurlar elə hazırlayır, əsaslandırırlar ki, guya xalqın gəlirləri artıb, “Azərsu” ASC-nin xərcləri çoxalıb.
Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir. Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan mimimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub istehlakı nəzərdə tutulur.
4 nəfərlik ailə üçün minimum 30 kub işlənir – hətta israfçılıq olmadan belə. Bu 30 manat edəcək.


Ekspertlərin sözlərinə görə, kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasa idi, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə idi, şəffaflıq hesabatlılıq və qiymət əmələgəlmə sistemi olsa idi, xidmətlər keyfiyyətli olsa idi, qiymətərin hətta bahalığı belə insanları indiki qədər narazı qalmazdı.
Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Məmurların vətəndaşın cibindən hiss olunur ki, real məlumatları yoxdur.
Hakimiyyət ciddi şəkildə xalqdan gələn etirazları dinləməli, sosial vəziyyəti təhlil etməli, Tarif Şurasının məmurlarla birləşib verdiyi soyğunçu qərarlar Prezident tərəfindən geri çevrilməlidir.

İlqar Mətin

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button