Siyasət

İki idman jurnalisti saxlanıldı – Prezident Aparatanın qarşısında

KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik. Bu gün “Futbol+” kollektivi KİVDF-nin qərarına etiraz olaraq növbəti dəfə aksiya keçiriblər.

Qəzetin kollektivi İçərişəhər metrosunun qarşısında toplaşaraq, Prezident Aparatanın qarşısına yürüş etmək istəyib, amma onların bu istəyi baş tutmayıb. Müdaxilə edən polislər aksiya üzvlərinin prezident aparatanın qarşısına getməsinə mane olub və onları uzaqlaşdırıblar. Sadəcə, iki nəfərə – baş redaktor və redaktora prezident aparıtına getmək üçün icazə veriblər.

Bundan başqa, polis işçiləri aksiyanı işıqlandırmaq istəyən iki jurnalistə qarşı zorakılıq göstərərək, bölməyə aparıb.

“Futbol+” 1997-ci ildən işıq üzü görür.

Komanda.az



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button