Siyasət

İlham Əliyev Müsavat üzvünü medalla təltif etdi

Prezident İlham Əliyev Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun təltif edib.

Prezidentin sərəncamı ilə tarixçi alim “Azərbaycan Xalq Cümhuriyyətinin Yubiley Medalı” ilə təltif edilib.

Müsavat Partiyasının üzvü olan N. Yaqublu bu təltifə belə reaksiya verib:

“31 illik cümhuriyyət tarixi araşdırmalarıma diqqət göstərildi.

İlham Əliyev Müsavat üzvünü medalla təltif etdiCümhuriyyət haqqında ilk məqaləmi 1988-ci ildə yazdım-Əhməd Cavadla və onun fəaliyyəti ilə bağlı. İkinci kitabımı 1990-cı ildə yazdım – M.Ə.Rəsulzadə ilə bağlı. Bütün bunlar sovet dövründə oldu.

Müstəqil Azərbaycan dövründə nəşr edilən kitablarımın sayı 23-ə qədərdir. Bu işlərə müəyyən diqqət göstərilməsi təbii ki, insanda məmnunluq doğurur. Lakin Cümhuriyyətimizə və başda M.Ə.Rəsulzadə olmaqla qurucularımıza daha da çox diqqət artırılmalıdır”.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button