Siyasət

İstanbulun 17 rayonunda səslər yenidən sayıldı, fərq qapanmır


Xəbər verdiyimiz kimi, ötən bazar günü Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində İstanbul böyük şəhər bələdiyyəsinin sədri vəzifəsinə CHP-li namizəd Əkrəm İmamoğlu seçilib. Lakin sonradan iqtidar partiyası AKP bu nəticələrə etirazını bildirib və şəhərin bir sıra rayonlarında səslərin yenidən sayılmasına qərar verilib.

Virtualaz.org xəbər verir ki, Türkiyə parlamentinin deputatı, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı yaradılmış komissiyanın üzvü Özgür Karabat səslərin yenidən sayılması ilə bağlı mühüm açıqlama verib.

Özgür Karabatın bu gün “Twitter”də paylaşdığı məlumata əsasən, İstanbulun 17 rayonunda səslərin yenidən sayılması başa çatıb. 119 min 602 səsin yenidən sayılması nəticəsində AKP-li namizəd Binali Yıldırımın xeyrinə 2.184 səs, CHP-li namizəd Əkrəm İmamoğlunun xeyrinə isə 785 səs əlavə olunub.

Beləliklə, hazırda ümumilikdə 18.742 səs üstünlüyü Əkrəm İmamoğluma aiddir.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button