Siyasət

Koçaryan Putinə təbrik məktubu göndərdi – Həbsxanadan

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Bu barədə Ermənistan KİV-i R. Koçaryanın ofisinə istinadən məlumat yayıb.

”Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edən Robert Koçaryan Vladimir Putinə cansağlığı və Rusiya naminə böyük uğurlar arzulayıb”,-deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana gələn Vladimir Putin Rusiya səfirliyində Robert Koçaryanın xanımı Bella Koçaryanla görüşmüşdü.(Virtualaz.org)



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button