İdman

Mahir Emreliyə ölkə xaricindən daha bir təklif

Premyer Liqanın bombardiri Mahir Emreli karyerasını İsraildə davam etdirə bilər.

Savash.org “Futbol+”ə istinadla xəbər verir ki, “Qarabağ”ın üzvü ilə “Makkabi” yaxından maraqlanır. Hayfa təmsilçisi hücumçunun menecerləri ilə təmasa keçib. İsrail çempionatında lider olan komanda 24 yaşlı azərbaycanlı futbolçunu əsas forvardları Nikita Rukavitsyanın əvəzləyicisi kimi görür. “Yaşıllar” qış transfer pəncərəsi bağlanana kimi Mahirin keçidini həll etmək niyyətindədilər.

Hayfa klubu tez bir zamanda Ağdam təmsilçisinin rəhbərliyi ilə danışıqlara başlayacaq. “Makkabi”nin Mahir “Qarabağ”a təklif edəcəyi məbləğ də bəllidi. Hayfa təmsilçisi keçidin indi reallaşması üçün “köhlən atlar”a 200 min avro ödəmək niyyətindədi.

Məlumata görə, premyer-liqanın bombardiri “Makkabi”nin qısa transfer siyahısında yer alıb. Burda daha iki futbolçunun adı olsa da, İsrail klubunun əsas hədəfi azərbaycanlı forvarddı.

Emrelinin menecerləri də futbolçunun “Makkabi”yə keçidi üçün çalışırlar. Onlar ilkin şərtlərini Hayfa klubuna bildiriblər. Mahir Emreli qış transfer müddətində “Makkabi”yə keçərsə, “yaşıllar” forvardda illik 250 min avro maaş ödəməlidi. “Qarabağ” keçidə razılıq verməsə, transfer iyulda həyata keçərsə, bu məbləğ dəyişəcək. Mahir azad agent olacağı təqdirdə “Makkabi”dən illik 350 min avro maaş tələb edib. Tərəflər arasındakı danışıqların əsas məğzi isə müqavilənin müddəti ilə bağlıdı. Emrelinin agentləri klubun futbolçu ilə 3 illik saziş imzalamasını tələb edib.

Məlumata görə, “Makkabi” rəsmiləri bu təklifləri qəbul edib. Onlar “Qarabağ”ı razı salaraq keçidin qış transfer pəncərəsi müddətində baş tutmasına tərəfdardı. Ağdam təmsilçisi transferin indi baş tutmasına razılıq verməsə, Hayfa klubu yayda yenidən Emreli ilə danışıqlara başlayacaq. Qurban Qurbanovun dünənki mətubat konfransında hücumçunun yaya qədər “Qarabağ”da qalacağına dair anlaşdıqlarını deməsi mümkün keçidlə bağlı nikbin düşünməyə əsas vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button