Siyasət

Makronun Ərdoğanla təcili görüşmək istəməsi təsadüfi deyil – Politoloq

Makronun Ərdoğana yazdığı məktubda “Əziz Tayyib, gəlin danışaq! Videokonfranslarla bağlı cavabınızı səbirsizliklə gözləyirəm” sözləri diqqət çəkir.

Savash.org xəbər verir ki, bunu politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara ilə Paris arasındakı münasibətləri normallaşdırmaq istəyi ilə bağlı yazdığı məktub haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Makronun Ərdoğanla NATO sammitindən öncə ikili formatda danışmaq istəməsi maraq doğurur:

“Bundan başqa, Zirvə toplantısında da iki lider arasında danışıqların təşkili üçün işlər aparılır.

Rəsmi Paris son illərdə Türkiyəni özü üçün təhlükə, rəqib kimi görürdü. Halbuki Türkiyə də Fransa kimi NATO ölkəsidir və rəsmi Paris qədər alyansa faydaları var. Xüsusilə Aralıq dənizi, Liviya, Suriya məsələlərində tərəflərin üz-üzə gəlməsi və Fransanın antitürk siyasəti iki ölkənin münasibətlərində uzun müddətdir soyuqluq yaradıb. Lakin bununla belə, Fransanın Türkiyə ilə münasibətləri bərpa edəcəyi bəlli idi. Çünki Makronun yeritdiyi xarici siyasət yanlış idi və Türkiyə ilə aqressiv siyasət aparmağın heç bir mənası yoxdur. Türkiyə bu kimi təhdidlərin qarşısında geri çəkiləcək ölkə deyil. Axır ki, Fransa da bunu anladı.

O ki qaldı Makronun Ərdoğana göndərdiyi məktuba, həqiqətən də maraqlı məqamlar var. Xüsusilə Fransa Prezidentinin israrla NATO sammitindən əvvəl Ərdoğanla görüşmək istəməsi insanın ağlında “Ərdoğan sammitdə Fransa əleyhinə nəsə deyəcəkdimi?” və ya “daha ciddi bir fakt varmı” sualını gətirir. Təbii ki, bu, bir versiyadır. Lakin dəqiq olan bir şey var – Makronun Ərdoğanla tezliklə görüşmək istəməsi təsadüfi deyil”. (Axar.az)



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button