Siyasət

Milli Şuranın mitinqinin təşkilatçıları polisə çağırıldı

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Savash.org xəbər verir ki, bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, sabah – oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun ”28 May” stansiyasının qarşısına mitinq təyin edib. Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi ”Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib ki, mitinqi ”28 May” metrostansiyasının qarşısında keçirəcəklər.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button