İdman

Millinin heyətində dəyişiklik edildi

Yunanıstan yığması ilə Avropa çempionatının seçmə qrup oyununda üz-üzə gələcək Azərbaycan millisi Afinaya yola düşüb.

“Reportyor.info” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, futzalçılar baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında gerçəkləşdirəcək. Heyətə gəldikdə, zədəli olan Amir Şojaei və Hadi Ahmadinin əvəzinə Yunanıstan paytaxtına Oktay Rüstəmli aparılıb.

Qeyd edək ki, fevralın 2-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu saat 20:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button