Siyasət

MSK-dan namizədlərə “sükut günü” XƏBƏRDARLIĞI

“Deputatlığa namizədliyi qeydə alınmış şəxslər “sükut günü” seçkiqabağı təşviqat kampaniyası ilə məşğul olsa, həmin şəxslərlə bağlı MSK tərəfindən qanuna müvafiq addımlar atılacaq”.

Bunu açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, “sükut günü” təşviqat imkanlarından istifadə etmək istəyənlərin olmayacağına ümid edir.

“Bu cür hallar aşkarlanarsa, ciddi şəkildə qanun pozuntuları müşahidə edilərsə və araşdırma nəticəsində bunlar sübut olunarsa, seçki komissiyaları Seçki Məcəlləsi əsasında lazım olan bütün hüquqi addımları atacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Fevralın 8-i ölkədə “sükut günü”dür, təşviqat kampaniyası saat 08.00-dan dayandırılacaq.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button