Hadisə

Müəllimləri daşıyan avtobus qəzaya düşdü: 10 ölü, 25 yaralı

Kubada müəllimləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 25 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Kubanın “Mayabeque” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus magistral yol üzərində olan körpüdən dərəyə yuvarlanıb.

Hazırda ağır qəzanın səbəbinin müəyyən edilməsi istiqamətində istintaq aparılır. 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button