Siyasət

Müxalif partiya liderindən Gülər Əhmədovaya dəstək


“Gülər Əhmədovaya nə köməlik lazımdırsa, etməyə hazıram”.

Savash.org-un məlumatına görə, bunu sfera.az-a açıqlamasında keçmiş millət vəkili Gülər Əhmədovanın bəraət almaq üçün müxalifətdən yardım istəməsinə münasibət bildirərəkən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa söyləyib.

Partiya sədri düşünür ki, Gülər Əhmədovanın pozulmuş hüquqları bərpa olunmalıdır: “Gülər xanıma hansı kömək lazımdırsa, bunu etməyə hazıram. O zaman Gülər Əhmədovanın işi daha çox şantaj xarakteri daşıyırdı və demək olar ki, ortada hansısa sübut-dəlil olmadı. Buna görə də sabiq millət vəkilinə əlimdən gələn bütün köməkliyi etməyə hazıram”.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button