Problem

“Nəinki yaxın həftələrdə, heç yaxın aylarda da koronavirus bizi tərk etməyəcək”

“Nəinki yaxın həftələrdə, heç yaxın aylarda da koronavirus bizi tərk etməyəcək” – Həkim
Azərbaycanda bu günədək koronavirusdan 65 min nəfər peyvənd olunub. Bu barədə Nazirlər Kabineti məlumatı yayıb. Fevralın 5-də ölkəyə 648 min doz peyvənd gətirilib. Ümumiyyətlə ölkəyə cəmi 848 min doz vaksin gətirilib.Mövzu ilə bağlı fikirlərini bölüşən həkim-nevroloq Pərviz Axundov Sherg.az-a bildrib ki, bu rəqəm 20 günün statistikasıdır. Həkimin sözlərinə görə, 65 min rəqəmi işin məğzini bilmədən kənardan baxanda çox görünə bilər:“Amma iş orasındadır ki, vaksinin kifayət qədər effektiv olacağı, eyni zamanda vaksinlərin gətirilməsi davam etdiriləcəyi (hazırda dünyadakı vaksin çatışmazlığı yaşanır) təqdirdə, bu sürətlə lazım olan kütlənin vaksinasiyası 2153 günə baş tutacaq. Yəni kollektiv immunitetin formalaşması üçün əhalinin lazım olan təxmini 70 faiz hissəsinin vaksinasiyası olunması zəruridir. Bu da təxmini 70 ay deməkdir. Buna əsaslanaraq demək olar ki, nəinki yaxın həftələr də, heç yaxın aylarda da “çağrılmamış qonağımız” bizi tərk etməyəcək. Əgər özü-özünə yumşalma istiqamətində mutasiyaya uğrayıb yoxa çıxmasa. Bəzi həkimlərin isə, yaz gələndə əvvəlki həyata qayıdacağıq və ya yay gələndə artıq hər şey geridə qalacaq deyərkən, nəyə əsaslanması maraq doğurur”.P.Axundov vurğulayıb ki, İsraildə 50 yaş üzəri insanların 77 faizi artıq vaksinasiya edilib:“Yaxın iki həftədə bu rəqəm İsraildə 90 faizə çatdırılacaq. Bu arada İsraildə aparılan müşahidələrdə “Pfizer BioNtech” vaksininin klinik tədqiqatlarda olduğu kimi, kifayət qədər effektiv olduğu ortaya qoyulub. Ölkədə eyni zamanda 16-18 yaşlı yuxarı sinif məktəblilərinin də təhsilə davam etdirmələri üçün valideyinlərinin icazəsi ilə vaksinasiyasına start verilib”.Sonda həkim təklif edib ki, Çindən başqa digər ölkələrdən də vaksinlərin ölkəmizə gətirilməsi məqsədəuyğun olar:“Belə ki, insanlarımızın bir qismi məhz vaksinin Çin istehsalı olduğun əsas gətirərək, ondan imtina edir”.

Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button