Uncategorized

“Navalnı demokrat yox, MİLLƏTÇİDİR” – Çexiya prezidenti

Çexiyanın prezidenti Miloş Zeman rusiyalı müxalifətçi Aleksey Navalnını millətçi, onunla bağlı vəziyyəti isə «balaqan» («balaqan» – teatr və sirk tamaşaları üçün müvəqqəti, yüngülvari tikili mənasına gəlir) adlandırıb.

Zeman hesab edir ki, bir sıra millətçi yürüşlərdə iştirak etmiş, Stalin deportasiyalarını, məsələn, çeçenlərin deportasiyasını dəstəkləmiş şəxs Rusiya millətçisidir.

«Bu Navalnı ilə bağlı situasiya – sadəcə «balaqan»dır. Hesab edirəm ki, o, rusiyalı millətçidir» – Zeman deyib.

Onun sözlərinə görə, Navalnı şəxsən Vladimir Putinin əleyhinə çıxış edir.

«O, belə bir görüntü yaratmalı idi – elə siyasətçilərə aiddir ki, Putin rejiminə qarşıdır. O, yalnız Putinə qarşıdır. Bu isə xeyli fərq deməkdir. Mümkündür, ona görə ki, o, özü Putinin yerində olmaq istəyir» – Çexiya prezidenti bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button