Siyasət

Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”


Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib ki, Brüsseldə Şərq tərəfdaşlığının yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət edib, ancaq hələlik növbəti görüşlər üçün konkret planlar yoxdur.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

”Hələlik heç bir plan yoxdur, amma əminəm ki, danışıqlar prosesi davam edəcək”, – deyə o, jurnalistlərin “İlham Əliyevlə yenə görüş olacaqmı” sualını cavablandırarkən vurğulayıb.

O bildirib ki, Azərbaycan Prezidenti ilə qısa təmasda olub və ”cari vəziyyəti” müzakirə edib.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button