Siyasət

Paşinyana daha bir İTTİHAM: “Matəmdən siyasi maraqları üçün istifadə etdi“

Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.

Savash.org xəbər verir ki, bunu “Daşnaksütyun”un rəsmisi İşxan Saqatelyan deyib.

“Faktiki olaraq, o, “Yerablur”u (matəm yürüşünün keçirildiyi hərbi pantenonu-red) təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir”, – İşxan Saqatelyan deyib.

O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.

“Ölkəmizin iflasını dayandırmaq, dövlət strukturlarının çürüməsinin qarşısını almaq, dövlətin təhlükəsizliyini qorumaq, artan ictimai-iqtisadi kollapsın (fəaliyyətin dayanması-red) və humanitar faciənin qarşısını almaq lazımdır”, – İşxan Saqatelyan əlavə edib. 



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button