Cəmiyyət

“Qarabağ” matçı FIFA referisinə tapşırıldı

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək cavab oyunlarından ikisinə hakim təyinatları açıqlanıb.

TİA.az-ın PFL-in saytına istinadən məlumatına görə, “Qəbələ” – “Qarabağ” matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.

“Səbail” – “Sumqayıt” görüşü isə Orxan Məmmədova tapşırılıb.

6 fevral (şənbə)

15:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu, 15:00

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”.

Qeyd edək ki, ilk oyunda “Qarabağ” evdə “Qəbələ”ni 3:1, “Səbail” isə səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında “Keşlə” “Kəpəz”in, “Neftçi” isə “Zirə”nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də oynanılacaq.


Bakuinfo.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button