Siyasət

Rusiya azərbaycanlı köçkünlərin Xankəndiyə qayıdışına mane olmağa çalışır – Türkiyə ilə Azərbaycan…

“Rusiya erməniləri hər gün Xankəndi, Ağdərə və Xocavəndin bəzi hisslərində yerləşdirir. Demək olar ki, Ermənistandan avtobuslarla daşınma həyata keçirilir. Bütün sosial problemləri həllini Moskva üzərinə götürüb. Rəsmi Kremlin bu siyasəti ermənilərin sayını 100 minə qaldırmaq, status və referendum məsələsini ortaya atmaqdır”.

Savash.org xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq bildirib ki, Rusiya sülhməramlılarının ilk növbədə ermənilərin müdafiəsini təşkil etdiyini bildirib:

“Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti, yalnız bundan ibarətdir. İlk növbədə burada ermənilərin müdafiəsini təşkil edir. Sülhməramlıların atəşkəsi qorunmasına gəldikdə isə, burada silahlı erməni birləşmələri Bəyannaməyə uyğun olaraq çıxarılarsa, atəkəsin qorunmasına ehtiyac qalmayacaq.

Buradakı silahlı erməni terrorçuları, yalnız sülhməramlı qüvvələrininin birbaşa nəzarətindədir. Rusiya silahlıların çıxarılması şərtinə əməl etmir. Bu da Azərbaycan, Türkiyə ilə Rusiya arasında siyasi münasibətlərdə ciddi problemə gətirəcək”.

M.Əsədullazadə iddia edir ki, Rusiya azəbaycanlı köçükünlərin Xankəndi, Ağrədəyə qayıdışına mane olmağa çalışır:

“Rusiya həmçinin demoqarfik quruluşu dəyişməklə azəbaycanlı köçükünlərin Xankəndi, Ağrədəyə qayıdışına mane olmaqdadır. Moskvanın Qarabağla siyasəti regional şərtlər nəzərə alınıb, Azərbaycan tərəfindən qəbul edilib. Amma, tətbiq etdiyi siyasət Azərbaycanın əleyhinədir.

Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri Qarabağda sülhə deyil, iki icma arasında düşmənçiliyin davam etməsinə xidmət edir”.

Politoloq bildirib ki, onun fikrincə, Qarabağa gətirilən ermənilər daimi burda qalmayacaq:

“Qeyd edim ki, Qarabağa gətirilən ermənilər daimi burada qalmayacaq. Çünki, burada Rusiya onların daima sosial təminatını təmin edə bilməyəcək. Daima yardımdan asılı olan ermənilər Qarabağı bu müddətdən sonra tərk edəcəklər”.

“Rusiyanın bu planı regionda qalıcı sülhə və təhlükəsizliyə təhdid olacaq. Bununla regionda NATO-nun gələcək fəaliyyətinə əngəl yaratmağı planlaşdırır. Amma, Türkiyə NATO -nın özüdür. Türkiyədə Rusiyanın sülhməramlı missiyasının hazırkı fəaliyyətinə etirazıda yuxarıdakı sadalanan problemlərdəb irəli gəlir. Rusiyanın Qarabağdakı siyasətinin neytrallaşdırmaq və bir çərçivəyə salmaq yalnız Türkiyənin Azərbaycanda hərbi iştirakını artırmaqla mümkün olacaq. Türkiyənin Azərbaycanda hərbi hava bazalarının açması və Qarabağda öz hərbi kontingentini yerləşdirməsi, siyasi danışıqlarda vəziyyəti leyhimizə dəyişə biləcəyik”, – deyə politoloq əlavə edib.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button