Dünya

Rusiyada aksiyalar yenidən başlayıb

Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilir.

Savash.org TASS-a istinadən xəbər verir ki, artıq paytaxt Moskvada “Çistıye qrudı” və “Trubnaya” metro stansiyaları yaxınlığında bir qrup gənc saxlanılıb. Onların arasında xarici vətəndaşın da olduğu bildirilir. Bundan başqa, şübhəli şəxslərin çantaları yoxlanılır.

Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.

Novosibirskdə isə 500-dək insan aksiyaya qoşulub.

Xatırladaq ki, bənzər aksiyalar yanvarın 23-də də keçirilmişdi. Etirazçılar müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq meydanlara çıxmışdılar. 

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu insanları bu gün icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb. 

***

Moskvadakı aksiyada iştirak edənlərin sayının 300 nəfərə çatdığı bildirilir. Onlardan 10 nəfər polis bölməsinə aparılıb.

Perm, Samara şəhərlərindəki mitinqlərdə də saxlanılanlar var. 

Xabarovskdakı etirazlarda 60 nəfər iştirak edir, 13 nəfər saxlanılıb. 

Vladivastokda aksiyaya qoşulan 150 nəfərdən 100-ü saxlanılıb. 

Rusiya üzrə aksiyalarda saxlanıların sayının 500 nəfərdən çox olduğu bildirilir. 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button