Uncategorized

Rüsum azaldıldı

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır, bəzi xidmətlərə görə isə rüsum ləğv edilir.

Savash.org xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button