Siyasət

Separatçıların fantaziyaları və Bakının susqunluğu

Son günlər Qarabağ separatçıları Azərbaycanla ideoloji müharibədə yeni taktika seçiblər. Belə ki, Azərbaycan hüquq-mühafizə orqanlarının barələrində axtarış elan etdiyi şəxslər hər gün təxribat xarakterli bəyanatlarla çıxış edir, Azərbaycanın suverenliyini pozurlar.

Xüsusən, Xocalı aeroportunun Rusiya sülhməramlıları üçün açılması və böyük yük təyyarələrini qəbul edə bilmək üçün genişləndirilməsi zərurəti haqqında bəyanatlar səslənir.

Bundan başqa, separatçılar Qarabağda rus dilinə dövlət dili statusu verilməsi, Qarabağ ermənilərinin Rusiya vətəndaşlığına qəbul edilməsi və Qarabağda rus hərbi bazasının yaradılması zərurətindən danışırlar.

Bütün bu cəfəngiyyatlar Rusiyanın rəsmi KİV-lərində dərc edilir, rəsmi şəxslər, o cümlədən Rusiya prezidentinin mətbuat katibi onlarla bağlı şərh verir. Rəsmi Bakı isə susur.

Azərbaycan hakimiyyətinin təmkinliyinin səbəbinin nə olduğunu demək çətindir. Başqa vaxt onlar xarici KİV-lərdə az əhəmiyyətli nəşrlərə belə fəal şəkildə və dərhal reaksiya verirlər, indi isə özlərini elə aparırlar ki, sanki heç nə baş vermir. /Turan

The post Separatçıların fantaziyaları və Bakının susqunluğu first appeared on Savash.org.

Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button