Siyasət

Seymur Həzinin həbs müddəti artırıldı

AXCP sədrinin müavini Seymur Həzinin barəsindəki inzibati həbsin müddətindən Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apellyasiya şikayəti verib…

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılıb. Bu barədə məlumatı onun həyat yoldaşı Nigar Həzi şəxsi ”Facebook” hesabında yayıb.

Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib.



Skandal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button