Uncategorized

Tarif Şurasının üzvləri kimlərdir? – TAM SİYAHI

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən – 31 yanvar noyabr verdiyi qərarla yenidən ölkə gündəminə gəldi. Şuranın iclasında suyun qiymətlərinə baxılaraq, onun qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı.

Millət vəkili Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Tarif Şurasının ləğv edilməsini təklif edib və qurumu sərt tənqid edib:

“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var. Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi”.

Mövzunun aktuallığını nəzərə alaraq Tarif Şurasının tərkibini təqdim edirik:

Şuranın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini – Azər Bayramov
Azərbaycan Respublikası vergilər nazirinin müavini – Sahir Məmmədxanov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Toğrul Musayev
Azərbaycan Respublikası energetika nazirinin müavini – Gülməmməd Cavadov
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini – Əli Abdullayev
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini – İlham Quliyev
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini – Elsevər Ağayev
Azərbaycan Respublikası təhsil nazirinin müavini – Firudin Qurbanov
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini – Anar Əliyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr müavini – İsmayil Hüseynov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini – Dövlətxan Dövlətxanov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button